Rusiya hərbçiləri Xerson vilayətinin Sadovoye rayonunda Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə artilleriya zərbəsi endirib.

Tezadlar.az bildirir ki, bu barədə fövqəladə hallar xidmətindəki mənbə məlumat verib.

Məlumata görə, düşmənin minaatan heyəti vurulub. Nəticədə 8 yaraqlı öldürülüb, daha 9-u yaralanıb.

Bundan əlavə, əks-akkumulyator radarı da məhv edilib.

Bundan əvvəl rus bölmələrinin Zaporojye istiqamətində Orexov şəhərinə irəliləməsi barədə məlumat verilmişdi.

E.ŞİRİNOV