Paris meriyası Rusiyaya şərt qoydu: ya məzarlarınızın saxlanma müddətini uzadın, ya da qəbirlərinizi hara istəyirsiniz aparın…

 …Makron Fransasından daha bir ağlagəlməz addım atılmaqdadır. Tezadlar.az Rossiya24-ə istinadla bildirir ki, Paris meriyası şəhər məzarlığında dəfn olunmuş on minlərlə rus qəbirlərinin gələcək taleyini sual altında qoyub. Belə ki, şəhər meriyası rəsmi Kreml qarşısında şərt qoyub ki, ya buradakı qəbirlərinizin saxlanma (icarə) müddətini uzadın, ya da hara istəyirsiniz köçürüb aparın.

Rossiya24-ün Parisdəki xüsusi müxbirinin apardığı araşdırmalardan bu qənaətə gəlmək olar ki, Parisdə bir neçə yüz il əvvəldən dəfn olunmuş ruslar var. Maraqlıdır ki, xristian qəbirstanlığındakı başqa millətlərdən olanlara bu şərt şamil edilməyib. Hətta Parisin nüfuzlu şəxsləri TV-yə açıqlamasında bu addımı qınayıblar.

O da məlum olur ki, rəsmi Kremil artıq bir neçə dəfədir bu cür vandal münasibətlə qarşılaşdığından «lazımi» tədbirini görüb və məzarların icarə müddətini uzadıb. Yəni, təbii ki, külli miqdarda pul da ödənilib.

 Lakin Parisdəki adı çəkilən məzarlıqdan çəkilmiş videogörüntülər bir daha təsdiqləyir ki, adı çəkilən qalmaqallı məzarlıqda rus qəbirlərinin bir çoxu baxımsızdır, heç bir qulluq edilməyib. Sadəcə, bu məsələnin Rusiya-Ukrayna müharibəsi fonunda yenidən sərt formada ortaya çıxması çoxsaylı sualları yaradıb.

Bütün hallarda, rəsmi Parisin dirilərlə nə işi və ya problemi var, bu başqa məsələ. Lakin 2-3 yüz il əvvəl dəfn olunmuş ölülərə problem yaşatmaq heç bir ölçüyə gəlmir…

A.Məmmədli