booked.netbooked.net booked.net  

Bu günlərdə bir ünvana yenidən üz tuturuq. Elə bir ünvana ki, əbədiyyəti özünə şərəfi naminə mənzil seçib.

Bu şərəfli mənzillərin sahibləri hər bir azərbaycanlının qəlbində qüruru, sevinci, zəfəri hiss etdirən, yaşadan müqəddəs şəhidlərimizdirlər. O şəhidlər ki, düşmən qarşısında inamla dayanıb, vətənimizi, torpaqlarımızı canları, qanları bahasına geri qaytardılar.

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə olur. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bildilər. Şəhidlik vətənə olan sonsuz sevginin təcəssümü, vətənə can fəda deməkdir. Bu sevgi beşikdən, ailədən, məktəbdən başlanır.

Torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin həyat yolunu vərəqləmək hamımızın borcudur. İkinci Fəxri Xiyabanda şəhid məzarlarının yanından keçərək, şəhid kapitan Nəcəf Şikar oğlu Şikarovun şərəfli mənzilinə yaxınlaşıram. Nəcəf qardaşımızı ziyarətə gəlmişik.

Haşiyə: Nəcəf Şikar oğlu Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992-1990-cu illərdə Xətai rayonu 24 nömrəli tam orta məkətəbdə, 1999-2002-ci illərdə isə C.Naxçıvanski adına hərbi liseydə, 2002-2006-cı illərdə H.Əliyev adına A.A.H.M-də Ali hərbi  təhsil almışdır. Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində xidmət etmişdi.

Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2000-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, igidliyini və mərdliyini nümayiş etdirməsinə görə, Azərbaycan Respublikası Ali Baş Komandanı İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov «Qarabağ» ordeni ilə, 15.12.2020-ci il tarixli Sərəncamına görə «Vətən uğrunda» medalı ilə təltif edilib.

whatsapp-image-2021-10-13-at-132259-1jpg-1634767049-2

Eyni zamanda, ölümündən sonra 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, «Füzulinin azad olunmasına görə» medalı və 25.12.2020-ci il tarixli Sərəncama əsasən Nəcəf Şikarov «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif olunub.

Nəcəfin məzarı qarşısında həyat yoluna nəzər salıram. Hərbçi ailəsində böyüyən, atasının hərb yolunu davam etdirən qəhrəman oğlan məzardakı əksindən belə əzəmətlə, vüqarla baxır. Sanki gözləri «əyilməz atanın belə də oğlu olar» söyləyir.

Çünki Birinci Qarabağ müharibəsində iştirak edən polkovnik- leytenant Şikar Şikarov dəfələrlə yaralanmağına baxmayaraq, yenidən silaha sarılaraq mübarizəyə qatılıb. Düşmənin sındıra bilmədiyi əzmini, qamətini Nəcəfin şəhidlik xəbəri əydi. Vətən müqəddəsliyini oğluna ərməğan edən bir ata donub qaldı. Axı övladını öz əlləri ilə canından artıq sevdiyi Vətən torpağına tapşırırdı. Göz yaşlarını qəlbinə axıdıb, içindəki fırtınalarla yaşadı. Nəcəfin ayrılıq həsrəti çox çəkmədi, polkovnik-leytenant üçün. Ruhları artıq o dünyada bir-birinə qovuşub.

«Təki Vətən sağ olsun» - deyən, acıları ilə yaşayan Ziynət ana Nəcəfin bizlərə yadigar qoyduğu ömür-gün yoldaşı və bir cüt körpə mələklərlə nəfəs alır.

Artıq xatirələrə çevrilən Nəcəf qəhrəmanlığı şəhidlik ildönümündə, Ad günlərində anılır. İstər məzarı üstə, istər əzizlərinin evində anılan Nəcəfimiz qəlbimizdə mərdlik qalası ucaldıb. Atalarınn şəkillərini sinələrinə sıxan balaca Ziynət və Zəhra göz yaşlarını «Atamız qəhərmandır» deyə silərək, fəxr edirlər.

Sənsiz keçən, keçəcək illərdə də sənsiz olmayacağıq, qəlbimizdəsən, sevgimizdəsən, ən əsası canını fəda etdiyin Vətən torpağında uyuyursan. Şərəfli mənzilindən qürurlu baxışlarınla sevdiklərinə təsəlli ol, qardaşım!

Yeni yaşın mübarək, şəhidim! Sənli və sənsiz keçən, keçəcək illərimiz çox olsun ki, səni daima təbrik edə bilək!

Könül İsayeva

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN