Ukraynaya yeni kreditlər verən Avropa ölkəni borc böhranına və iqtisadi fəlakətə sürükləyir.

Tezadlar.az xəbər verir ki, bu sözlər Vilfrid Martens adına Avropa Araşdırmaları Mərkəzinin baş elmi işçisi Eoin Dreanın Politico-dakı köşə yazısında yer alıb.

Avropa liderləri 2023-cü ildə Ukraynaya “ölkənin makro-maliyyə sabitliyini qorumaq” vasitəsi kimi 18 milyard avro kredit ayırmaqdan çəkinmirlər. Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, belə yardım Brüsselin “Ukraynanı şiddətlə dəstəklədiyini” göstərir”, - Drea yazıb.

Bununla belə, köşə yazarı proqnozlaşdırır ki, Ukrayna Qərbdən borc almağa davam edərsə, Ukrayna iqtisadi fəlakətlə üzləşəcək. Onun fikrincə, Kiyevə kreditlər yox, borcun restrukturizasiyası və on milyardlarla avronun əvəzsiz qrantlara köçürülməsini əhatə edən borc sövdələşməsi lazımdır.

"Ukraynanın borcun yüngülləşdirilməsinə ehtiyacı var - təəssüf ki, Aİ onun borc almağa davam etməsini istəyir", -  Drea yazıb.

Dekabrda Ukrayna KİV-i ukraynalıların son bir ildə Polşada 2,14 milyard avro xərclədiyi və Kiyevin bildirdiyinə görə, Ukraynaya Polşa hakimiyyətinin yardımını tam ödədiyi barədə məlumat yayıb. Buna cavab olaraq Varşava Kiyevi yalan danışmaqda ittiham edib. Polşa qəzetinin əməkdaşı Kresy Marek Troyan Polşanın Ukraynaya yardım üçün üç milyard avrodan çox pul xərclədiyini bildirib. Bundan əlavə, ukraynalı qaçqınların saxlanmasının Varşavaya 8,36 milyard avroya başa gəldiyi bildirilir.

E.ŞİRİNOV