booked.netbooked.net booked.net  

Hollandiyaya məxsus səkkiz F-35 döyüş təyyarəsi NATO-nun iki fərqli missiyasında iştirak etmək üçün Polşaya yerləşdiriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentin press-relizində qeyd edilir ki, “fevral və mart aylarında Şərqi Avropa üzərində NATO hava məkanında patrulluq etmək üçün dörd qırıcı hazır olacaq”. Onlardan ikisi bir neçə dəqiqə ərzində müdaxilə edə bilmək üçün daim həyəcan vəziyyətində olacaq, digər ikisi isə ehtiyatda olacaq.

Əlavə dörd təyyarə partnyorlarla birgə təlim proqramında yerləşdiriləcək. Departament qeyd edib ki, bu proqram Şimali Atlantika Alyansının üzvü olan müxtəlif ölkələr arasında "NATO-nun şərq cinahda mövcudluğunu gücləndirir və əməkdaşlığı gücləndirməyə kömək edir".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN