Ötən gecə Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Tezadlar.az Halk-tv-yə istinadla bildirir ki,  yanğın zamanı 3 partlayış səsi eşidilib. Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb. Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Sosial mediada yanğının qəsdən törədilməsi barədə xəbərlər paylaşılır. İstanbul prokurorluğu araşdırmalara başlayıb.

A.Məmmədli