booked.netbooked.net booked.net  

Xəbər veriyimiz kimi, İsveçin paytaxtı Stokholmda Quranın yandırılmasına Türkiyə etirazını bildirmişdi.

Beləki, Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludana Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə almış və bu bədxah, qəbulolunmaz niyyətini gerçəkləşdirmişdi.

***

Türkiyədə artıq əhali də  Stokholmda Quranın yandırılması və PKK tərəfdarlarının hərəkətindən sonra İsveçin NATO-ya daxil olmasının əleyhinə səs verir.

Türkiyənin “Anadolu” xəbər agentliyi oxucuları arasında aparılan sorğu Türkiyə əhalisinin də İsveçin Alyansa qoşulmasının əleyhinə olduğunu göstərib.

“İsveçin NATO-ya daxil olmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 92,5%-i mənfi cavab verib. Sorğuda 50 mindən çox insan iştirak edib.

Sorğunun nəticələrinin İsveç hakimiyyətinə təqdim olunacağı bildirilir.

***

Xatırladaq ki, Finlandiya və İsveç may ayında Alyansa qoşulmaq üçün müraciət etmişdilər. NATO-ya üzv olan 30 ölkə arasında Skandinaviya ölkələrinin müraciətlərini ratifikasiya etməyən yeganə ölkələr Türkiyə və Macarıstandır. Artıq Macarıstanın da razılıq verəcəyi bildirilir.

Lakin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı Türkiyə razılıq verməyib. Türkiyə tərəfi hər iki ölkənin terrorçuları uzun illərdir ki, himayə etdiklərini bildirib. Və buna görə də onların qarşısında bir sıra şərtlər irəli sürüblər və bu şərtlərə əməl olunmayanadək Skandinaviya ölkələrinin NATO-ya üzvlüyünə razılıq verməyəcəklərini bildiriblər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə açıqlamalar verib.

Ötən il iyunun 29-da isə Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzaladılar.

Bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki ölkədən narazılığını dilə gətirib. O, qeyd edib ki, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq üçün atdığı addımları görmür və onlar 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan kürd terrorçuları ekstradisiya etmək niyyətində deyil.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN