İspaniya hakimiyyəti Ukraynaya "Leopard" tanklarının tədarükü ilə bağlı Avropa planına qoşulmaq qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Madridin mövqeyi bu məsələ ilə bağlı Avropa səviyyəsində razılaşmanın olması ilə bağlı olub. Qeyd olunur ki, İspaniya ordusunun arsenalında 347 "Leopard" tankı var.

Ötən yay İspaniya mətbuatı ölkə hökumətinin Ukraynaya on "Leopard" tankının mümkün transferini öyrəndiyini yazmışdı. Lakin avqust ayında İspaniya hakimiyyəti tankların bərbad vəziyyətdə olduğunu, ona görə də onları hələlik Kiyevə keçirmək mümkün olmadığını bildirmişdi.

E.ŞİRİNOV