Yanvarın 26-da Rusiya prezidenti Vladimir Putin Hindistan hakimiyyətini Respublikanın Müstəqillik Günü münasibətilə təbrik edib və Moskva ilə Yeni Dehlinin əməkdaşlığını bundan sonra da inkişaf etdirəcəklərinə əmin olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, Rusiya lideri artıq bir çox sahələrdə uğurlar qazanan ölkələr arasında imtiyazlı tərəfdaşlığın böyük əhəmiyyətini də qeyd edib.

"Əminəm ki, biz birgə səylərlə bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Bu, əlbəttə ki, Rusiya və Hindistanın dost xalqlarının fundamental maraqlarına cavab verir", - Putin vurğulayıb.

E.ŞİRİNOV