Diqqət çəkən məqam odur ki, bu dəfə səssiz-küysüz və 200 adamla...

ABŞ-ın sabiq prezidenti Donald Tramp prezidentlik kampaniyasına başlayıb. RBC xəbər verir ki, o, Nyu-Hempşir və Cənubi Karolina ştatlarında tərəfdarları ilə görüşlər keçirib.

CNBC telekanalının məlumatına görə, tədbir Trampın əvvəllər keçirdiyi səs-küylü mitinqlərdən fərqli olub. Belə ki, Kolumbiya şəhərində (Cənubi Karolina) Tramp cəmi 200 nəfərin qarşısında çıxış edəsi olub.

 “Mən indi daha qəzəbliyəm və indi heç vaxt olmadığım qədər qətiyyətliyəm”, -deyə Tramp Nyu-Hempşirdə Respublikaçılar Partiyasının illik toplantısında deyib.

Xatırladaq ki, sabiq prezident ötən ilin noyabrında 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlamışdı. Onun nümayəndələri səsvermədə iştirak etmək üçün Federal Seçki Komissiyasına sənədləri təqdim ediblər.

Donald Tramp 2017-2020-ci illərdə ABŞ prezidenti olub. 2020-ci ildə o, seçkiləri indiki Amerika lideri Co Baydenə uduzdu. Sonuncu 2024-cü ildə təkrar seçkilərdə iştirak etmək qərarını rəsmən açıqlamayıb.

JASMİN