booked.netbooked.net booked.net  

Bu gün Ukraynanın bütün bölgələrində yanvarın 31-də yenidən hava xəbərdarlığı elan edilib, bu, təxminən 15 dəqiqə davam edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə alerts.in.ua xəritəsi və Ukrayna MN-nin Telegram səhifəsində məlumat verilib. Belə ki, hava hücumu raket zərbələri təhlükəsi deməkdir, vətəndaşlara "iki divar" qaydasına riayət etmək və ya gizlənmək üçün üçün hərəkət etmək tövsiyə olunub. Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat daha əvvəl izah etmişdi ki, həyəcan siqnalının Ukrayna ərazisində sürətlə yayılması "Kinjal" raket zərbələri təhlükəsindən xəbər verir.
“Belarus Gayun” isə buna qədər Belarusda radar təyyarəsi və müşayiət edən qırıcının havaya qalxması barədə məlumat yayıb. Təxminən 15 dəqiqədən sonra isə bütün rayonlarda işıqlar sönüb. 

Qeyd edək ki, bu gün yanvarın 31-də Rusiyada MiQ-31 qırıcısının havaya qalxması ilə əlaqədar bütün Ukraynada genişmiqyaslı hava xəbərdarlığı elan edilib. Xarici mənbələr isə Rusiyanın qəfil kütləvi hücuma keçəcəyini bildirir. Bu hücumun nə vaxt olacağı isə an məsələsidir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN