Pentaqon rəhbərliyi Şimali Koreyanın Cənubi Koreyaya qarşı təxribat xarakterli hərəkətlərini pisləyir və mühafizə siyasəti üçün istənilən silahdan istifadə etməyə hazır olduğunu bildirib.

Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, Birləşmiş Ştatlar Cənubi Koreyanı müdafiə etmək üçün adi və nüvə silahlarından istifadə etməyə sadiqdir. O, Seulda Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Seop ilə keçirdiyi mətbuat konfransında bu mövzunu qaldırıb. Sitat: “Birləşmiş Ştatlar adi və nüvə silahları, eləcə də raketdən müdafiə də daxil olmaqla, ABŞ-ın bütün hərbi imkanlarından istifadəni nəzərdə tutan genişləndirilmiş çəkindirmə öhdəliyinə qətiyyətlə sadiqdir”.

O, həmçinin KXDR-in hərəkətlərini pisləyib və bildirib ki, 2022-ci ildə Şimali Koreya hakimiyyəti “görünməmiş sayda təxribatlar” törədib. Pentaqonun rəhbərinin qeyd etdiyi kimi, ABŞ və Cənubi Koreya KXDR-in regionda sabitliyi pozacağına inanır. Koreya yarımadasındakı vəziyyət 2022-ci ilin dekabrında Şimali Koreya pilotsuz təyyarələrinin Cənubi Koreyanın hava məkanını işğal etməsindən sonra yenidən gərginləşib. 

Lakin ehtimal azdır ki, Pentaqon nüvə silahından istifadə etsin. Bu ciddi fəlakətlərə yol aça bilər.

Tezadlar.az