Türkiyə parlamenti çox güman ki, qanunverici orqan aprelin ortalarında seçkilər üçün bağlanana qədər Finlandiyanın NATO-ya üzvlük iddiasını ratifikasiya edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə günü iki türk rəsmisinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətinə İsveçin müraciətindən ayrıca baxılması planlaşdırılır.

E.ŞİRİNOV