Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə bildirib ki, yeni səfərbərlik dalğası ilə bağlı Kremlin mövqeyi dəyişməz olaraq qalır: bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır.

"Biz səfərbərliklə bağlı bu suala dəfələrlə cavab vermişik. Bu məsələ ilə bağlı heç bir müzakirəmiz yoxdur", - deyə o, müvafiq sualı cavablandırıb.

Bölgələrdəki hərbi komissarlıqların məlumatları dəqiqləşdirmək üçün çağırış vərəqələri verməsi ilə bağlı xəbərlər fonunda jurnalistlər Kreml nümayəndəsinə bu barədə sual veriblər.

E.ŞİRİNOV