Ukraynanın “Klymenko Time” nəşri xəbər verir ki, yanğın cümə axşamı səhər Kiyev vilayətinin Borispol şəhərində yanacaqdoldurma məntəqəsində baş verib.

Yanğının Bakı vaxtı ilə saat 08:00 radələrində baş verdiyi bildirilir. Nəşr səmada tüstü sütununun olduğu videonu da dərc edib.

Səbəblər və qurbanlar barədə hələlik məlumat yoxdur.

E.ŞİRİNOV