Çexiya parlamentində Çində hazırlanmış "TikTok" mobil proqramından istifadəyə qadağa qoyulub.

Tezadlar.az xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb.

Qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun (NUCIB) tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib. O, deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir. Proqram ilk növbədə xidməti vəzifələrini yerinə yetirərkən istifadə olunan elektron cihazlardan çıxarılmalıdır. 

Əvvəllər Praqa meriyası işçilərinə Pekində yerləşən "ByteDance" şirkətinə məxsus "TikTok"-dan istifadəni dayandırmağı tövsiyə etmişdi. NUKIB tətbiqi əhəmiyyətli təhlükəsizlik riski hesab edir.

E.ŞİRİNOV