Şimali Makedoniya 2001-ci ildə Kiyevdən aldığı 12 Mi-24 helikopterini Ukraynaya istifadə üçün geriyə verəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Alsat telekanalının efirində ölkənin Müdafiə Nazirliyinin rəhbəri Slavyanka Petrovska bildirib.

Qeyd olunur ki, respublika 2015-ci ildə 1980-ci illərdə istehsal olunan helikopterlərdən istifadəni dayandırıb. “Onlar bizim ordunun formalaşmasında artıq nəzərdə tutulmur, hərbi islahatlarımızla əlaqədar olaraq onlar ordunun tərkib hissəsi olmayacaq və bu səbəblərə görə lazımsız hesab edilir”, - Petrovska bildirib.

2022-ci ilin avqustunda Şimali Makedoniya Ukraynaya təyyarə və tanklar verdi. Respublika həmçinin alban separatçılarına qarşı mübarizə üçün 2001-ci ildə Kiyevdən aldığı 4 ədəd Su-25 hücum təyyarəsini Ukraynaya təhvil verib. Əvvəlcə 2004-cü ildən bəri uçmayan təyyarələr satılacaqdı.

E.ŞİRİNOV