booked.netbooked.net booked.net  

Rusiya Baş Prokurorluğu Ukraynanın "KrımSOS" (CrimeaSOS) təşkilatının fəaliyyətini ölkədə arzuolunmaz hal kimi tanıyıb.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə nəzarət orqanının mətbuat xidmətindən məlumat verilib.

"Daxil olan materialların tədqiqinin nəticələrinə əsasən müəyyən edilib ki, "KrımSOS" (CrimeaSOS) xarici qeyri-hökumət təşkilatının (Ukrayna) fəaliyyəti Rusiya Federasiyasının konstitusiya quruluşuna və təhlükəsizliyinə təhdid yaradır", -  Baş Prokurorluq qeyd edib.

Nəzarət agentliyi vurğulayıb ki, təşkilatın fəaliyyətinin elan edilmiş məqsədləri - Krımın "işğaldan azad edilməsi və reinteqrasiyası", onun Ukraynaya qaytarılmasını təmin etmək - Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmağa yönəlib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN