Polşa Prokurorluğu Rusiya Federasiyası səfirliyinin hesablarından pul çıxarıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində diplomatik missiyanın rəhbəri Sergey Andreyev bildirib.

“Bizə prokurorluqdan bildiriş daxil olub ki, səfirliyin və Santander bankındakı ticarət nümayəndəliyinin hesablarından vəsaitlər prokurorluğun hesablarına köçürülüb”, - o qeyd edib.

Andreyev əlavə edib ki, daha sonra Santander səfirliklə əməkdaşlığa son qoyulması və hesabların bağlanması barədə məlumat verib.

Diplomatın sözlərinə görə, söhbət dollar və Polşa zlotisində saxlanılan “əhəmiyyətli vəsait”dən gedir. Baş verənlər, səfirin vurğuladığı kimi, “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması” kimi qiymətləndirilməlidir.

Rusiyanın Varşavadakı səfirliyinin hesabları 2022-ci ilin martında Polşa tərəfindən dondurulub. Daha sonra Sergey Andreyev bunun Vyana Konvensiyasına zidd olaraq edildiyinə diqqət çəkib.

Donbasın müdafiəsi üçün xüsusi əməliyyat başlayandan sonra Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Xüsusilə, onlar Moskvanın valyuta ehtiyatlarının təxminən yarısını - Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarını və Rusiya Federasiyasından olan 20 milyarda qədər Avropa sahibkarlarının aktivlərini dondurublar. Eyni zamanda, Avropa mətbuatının yazdığına görə, Avropa Komissiyası dondurulmuş 300 milyard dollarlıq aktivdən 200-nün harada yerləşdiyi barədə heç bir fikri yoxdur.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Aİ Rusiya pullarını müsadirə etmək qərarına gələrsə, Moskva tədbir görəcək. O qeyd edib ki, Qərbin bu halda davranışı oğurluq kimi qiymətləndirilməlidir və planın həyata keçirilməsi “Avropa İttifaqının reputasiyasına kölgə salacaq”.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın bir çox aktivlərinin, o cümlədən qızıl-valyuta ehtiyatlarının Qərb tərəfindən oğurlanması faktına diqqət çəkib. Rusiyanın baş naziri Mixail Mişustin də öz növbəsində Qərbin Rusiyanın qızıl-valyuta fondundan dondurduğu yüz milyardlarla dolları oğurluq adlandırıb. O qeyd edib ki, Qərb rusları “qorxmağa” çalışır, amma özünə ziyan vurur.

E.ŞİRİNOV