Politoloq Erl Rasmussen 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri yarışı ilə bağlı proqnoz verib.

Bu barədə “RİA Novosti” xəbər verir.

Rasmussen qeyd edib ki, Bayden yenidən prezidentlik uğrunda mübarizə aparmaq niyyətini rəsmən açıqlayanda səhv addım atıb. Eyni zamanda, politoloqun fikrincə, amerikalılar dövlət başçısının yaşı və koqnitiv tənəzzülündən narahatdırlar.

Bununla yanaşı, Rasmussen vurğulayıb ki, hazırda demokratların praymerizləri üçün Baydendən başqa güclü namizədlər yoxdur. Bununla belə, demokratik dairələrdən kənarda potensial namizəd var - Robert Kennedi kiçik, - ekspert hesab edir.

Tramp və Bayden arasındakı qarşıdurmanı dəyərləndirən Rasmussen onların şanslarını bərabər adlandırıb. Eyni zamanda o, etiraf edir ki, Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən ittihamlar ABŞ-ın keçmiş prezidentinin mövqelərinin möhkəmlənməsinə xidmət edib.

Bundan əvvəl Tramp Baydenlə debatı səbirsizliklə gözlədiyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA