Kiyev ən yaxın müttəfiqlərinə - Polşaya və Aİ-yə rəsmi etiraz notaları göndərib. Buna səbəb Ukrayna taxılına və digər kənd təsərrüfatı məhsullarına qadağa qoyulması olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial şəbəkədə məlumat verib.

"Dünən Polşanın Ukraynadakı səfirliyi və Aİ-nin Ukraynadakı nümayəndəliyi Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına ticarət məhdudiyyətləri ilə bağlı vəziyyətin qəti şəkildə rədd edilməsi barədə notalar alıb", - Nikolenko yazıb.

Onun fikrincə, Ukrayna kənd təsərrüfatı məhsullarının Polşa, Rumıniya, Macarıstan, Slovakiya və Bolqarıstana ixracının dərhal bərpası üçün bütün hüquqi əsaslar var. Bundan əlavə, ixrac digər Aİ Üzv Dövlətlərinə “maneəsiz davam etdirilməlidir”.

Kiyev tərəfdaşları Aİ qanunvericiliyi və Aİ ilə Assosiasiya Sazişi əsasında balanslaşdırılmış həll yolu tapmağa çağırıb.

Bundan əvvəl Ukraynadan gətirilən taxılın Aİ bazarlarına ziyan vurduğu bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA