Anım günü şərəfinə İkinci Dünya müharibəsinin hər bir iştirakçısı və əlilinə

18 milyon sum (təqribən 2675.65 manat) məbləğində birdəfəlik pul mükafatı veriləcək.

 Özbəkistan prezidentinin 2 may tarixli fərmanına əsasən, İkinci Dünya müharibəsinin hər bir iştirakçısı və əlilinə 18 milyon sum məbləğində birdəfəlik pul mükafatı veriləcək.

  Dövlət orqanlarına İkinci Dünya müharibəsi iştirakçılarına və əlillərinə pul mükafatlarının təntənəli və bayram şəraitində verilməsini təmin etmək tapşırılıb.

 Xatırladaq ki, Özbəkistan Respublikasında 2017-ci ildə müharibə iştirakçılarına və əlillərinə verilən mükafatın məbləği 2 milyon sum (təqribən 297.29 manat), 2018-ci ildə - 5 milyon, 2019-cu ildə - 7,5 milyon, 2020-ci ildə - 10 milyon, 2021-ci ildə - 12 milyon, 2022-ci ildə - 15 milyon sum təşkil etmişdi.

Onu da qeyd edək ki, İkinci Dünya müharibəsi iştirakçılarının çoxu vəfat edib və saylarıı azalıb.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycanda 2022-ci ildə həyatda olan İkinci Dünya müharibəsi iştirakçılarının sayı 96 nəfər olub. Ötən il İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödənilib.

JASMİN