Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessa şəhərinin meri Gennadi Truxanovu nəzarətə götürüblər.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS Ukrayna Antikorrupsiya Prokurorluğunun (UAP) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Departament izah edib ki, mayın 4-də hakimlər kollegiyası SAPO prokurorunun Odessa “Krayan” işi üzrə müttəhimlərdən biri - Odessa meri barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi tələbini təmin edib.

Mətbuat xidməti aydınlaşdırıb ki, cavabdeh məhkəmənin müəyyən etdiyi 30,866 milyon UAH məbləğində girov məbləğini ödəməyib.

Bunun fonunda prokuror həbs qətimkan tədbirinin girov əvəzinə həbslə dəyişdirilməsini istəyib.

Hakimlər kollegiyası vəsatəti qismən təmin edib və təqsirləndirilən şəxsə qarşı 13,420 milyon qrivna girov əvəzi ilə 60 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ukrayna məhkəməsi Truxanovu keçmiş Krayan zavodunun inzibati binasının binalarını iki dəfə baha qiymətə kommunal mülkiyyətə almaq sxeminin həyata keçirilməsi nəticəsində büdcədən 92 milyon qranina almaqda ittiham edir.

E.ŞİRİNOV