Rusiya Ukraynadan və Donbassdan gələn qaçqınlara 14,1 milyard rubldan çox pul ödəyib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Ümumilikdə, qaçqınlara 14 milyard 100 milyon rubldan çox pul ödənilib”, - mənbə bildirib.

Ödənişlər 2022-ci ilin fevralından Rusiya hökumətinin qərarı ilə həyata keçirilir. Kömək adambaşına 10 min rubl məbləğində verilir.

E.ŞİRİNOV