Mayın 6-da Sofiyanın mərkəzində Müqəddəs Georgi Qələbə günü - Şücaət və Bolqarıstan Ordusu Günü şərəfinə ənənəvi hərbi parad keçirilib. “Rossiyskaya qazeta” yazır ki, paradda əsasən sovet və rus modellərinin avadanlıqları təqdim olunub.

O cümlədən, MiQ-29 qırıcıları, Su-25 hücum təyyarələri, S-300 hava hücumundan müdafiə sistemləri iştirak edib.

Qəzetin yazdığına görə, Kiyev dəfələrlə Sofiyadan Ukrayna hərbçilərinə Sovet İttifaqında istehsal olunan müxtəlif texnikanın, o cümlədən bu gün parada cəlb edilən texnikanın göndərilməsini tələb edib.

Belə ki, 2022-ci ilin noyabrında Ukraynanın Sofiyadakı səfiri Vitaliy Moskalenko Ukraynanın “Sovet İttifaqından bəri Bolqarıstanın malik olduğu bütün silahlara son dərəcə ehtiyacı olduğunu” söylədi.

Bolqarıstan rəsmiləri də öz növbəsində dəfələrlə bəyanatlar veriblər ki, Sofiya Ukrayna Silahlı Qüvvələrinə silah və hərbi texnika tədarükünü istisna edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA