Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir qeyd edib ki, Antakyanın Topboğazı ərazisində baş verən zəncirvari qəzada 12 nəfər ölüb, 31 nəfər xəsarət alıb. Yaralılar Hatay və İskenderun rayonlarındakı xəstəxanalarda müalicə altına alındığı bildirilib. Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım avtomobilləri cəlb edilib.

Qeyd olunub ki, yük avtomobili ilə avtobusun toqquşması nəticəsində yanğın baş verib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA