Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşür.

Rusiyanı Sergey Lavrov, İranı Hüseyn Əmir Abdollahian, Suriyanı Feysəl Mikdad, Türkiyəni Mövlud Çavuşoğlu təmsil edir. Görüş Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması cəhdləri fonunda keçirilir. Ölkələr böhranı həll etmək üçün “Astana” prosesinə daxil olurlar.

Tezadlar.az xəbər verir ki, Lavrov xarici işlər nazirlərinin görüşünü vacib adlandırıb və tərəflərin ardıcıl olaraq buna doğru irəlilədiyini qeyd edib. Nazir vurğulayıb ki, Türkiyə-Suriya normallaşmasına başlanması regionda və bütövlükdə Yaxın Şərqdə vəziyyətə müsbət təsir göstərir.

Xatırladaq ki, tərəflər arasında sonuncu danışıqlar aprel ayında keçirilib. Sonra müdafiə nazirlərinin görüşü olub. Suriya Müdafiə Nazirliyi bildirib ki, görüş zamanı Türkiyə qoşunlarının ölkə ərazisindən çıxarılması məsələsi müzakirə olunub. Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, tərəflər münasibətlərin normallaşdırılması üçün konkret addımları müzakirə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA