İsrail ordusunun tankları bu gün Qəzza zolağının şimalında yerləşən əraziləri atəşə tutub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Əl-Cəzirə telekanalı xəbər verir ki, İsrail ordusunun yenidən hücumları Fələstin müqavimət bölmələrinin İsrail ərazisinə raket zərbələri endirdiyi mövqelərə yönəlib.

Məlumata görə, tanklardan atılan atəşlə eyni vaxtda İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının müxtəlif ərazilərinə silsilə zərbələr endirib. Qəzzada ən azı altı raket buraxılış məntəqəsi bombalanıb.

Bir müddət əvvəl İsrail ordusu Qəzza zolağının cənubunda Xan Yunis yaxınlığında bir neçə hədəfə hücum edib. “Al Hadath”ın məlumatına görə, zərbələr Fələstinin radikal "İslami Cihad" qruplaşmasına aid hədəflərə endirilib. Hücum nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Çərşənbə axşamı gecəsi İsrail ordusu “Qalxan və ox” əməliyyatına başlayıb və bu əməliyyat zamanı “İslami Cihad”a məxsus 10 silah zavodu və hərbi obyektə hücum edib. Ordunun mətbuat xidmətinin məlumatına görə, zərbələr qırıcı və helikopterlər vasitəsilə həyata keçirilib. Bombardman edilən hədəflər arasında Xan Yunisdəki silah fabriki və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən sahə var.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, gecə hücumu nəticəsində azı 13 fələstinli həlak olub, 20-yə yaxın fələstinli isə yaralanıb. Ölənlər arasında "İslami Cihad"ın üç lideri də var ki, onlardan ikisi fələstinli radikalların İsrail ərazisini atəşə tutmaqda istifadə etdiyi raketlərin təkmilləşdirilməsi və istehsalı prosesində iştirak edirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA