İsrail Müdafiə Qüvvələri “İslami Cihad”ın (təşkilat terrorçu kimi tanınıb) komandirlərindən biri Əli Qalinin məhv edildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, agentliyin bəyanatını “The Times of Israel” yayıb.

Qəzza zolağının cənubunda Qalinin ləğv edilməsini radikalların özləri də təsdiqləyiblər. İsrail ordusunda qeyd edildiyi kimi, Qali “İslami Cihad”ın raket qüvvələrinə komandanlıq edib. Onlar əlavə ediblər ki, o, İsrail ərazisinə raket hücumlarını idarə etmək və həyata keçirmək üçün məsuliyyət daşıyır.

Qəzza zolağından olan radikalların İsrailə kütləvi hücuma keçməsi, 170-dən çox raket atması, onlardan birinin Sderot şəhərində partlaması faktı daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətində bildirilmişdi. Daha sonra müdafiə naziri Yoav Gallant bildirib ki, “Qalxan və ox” əməliyyatı başlayandan bəri Qəzza zolağından İsrailə 400-ə yaxın raket atılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA