Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana Ukrayna münaqişəsində tərəf seçimini sırımağa çalışmır.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın CNN Türk telekanalının efirində məlumat verib.

“Putin uzaqgörən bir liderdir və Ərdoğana belə bir şeyin sırımasının mümkün olmayacağını anlayır”, - deyib.

Kalının sözlərinə görə, dövlət başçıları arasında münasibətlər etibarlı və möhkəmdir, bunun sayəsində onlar kritik məsələlər, xüsusən də taxıl dəhlizi və Suriya üzrə işləməyə nail olurlar.

Eyni zamanda, o əlavə edib ki, Rusiya hakimiyyəti Ankaranın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yaxşı bilir, çünki o, Moskvanı dəfələrlə “Ukraynanın ərazi bütövlüyü əsasında və siyasi müstəqilliyini qoruyub saxlamaqla” münaqişəyə son qoymağa çağırıb.

Bundan əvvəl Ərdoğan Putini Ukraynadakı münaqişənin həlli üçün işçi qrupu yaratmağa dəvət edib. Prezidentlər telefon danışıqları zamanı bunu müzakirə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA