Fransanın xarici işlər naziri Ketrin Kolonna çinli həmkarı Qin Qanq ilə görüşündə bildirib ki, Paris Ukrayna məsələsində Pekinlə daha sıx əməkdaşlığa hazırdır.

Tezadlar.az-ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytının mətbuat xidməti xəbər verib.

"Çin bütün dünyada sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Fransa daha çox ümumi dil tapmaq üçün Ukrayna və digər mühüm beynəlxalq və regional məsələlər üzrə Çinlə təmasları gücləndirməyə hazırdır", - deyə Fransa XİN rəhbəri bildirib.

Öz növbəsində, Qin Qanq qeyd edib ki, Ukrayna böhranının nəzərdən keçirilməsi və həllində Çin üçün başlanğıc nöqtə Çin sədri Si Tsinpinin irəli sürdüyü təkliflərdir. Çinli nazirin sözlərinə görə, Pekin böhranın siyasi həllinin təşviqinə sadiqdir, bütün tərəflərlə əlaqə saxlayır və bu məsələdə konstruktiv rol oynamağa davam edəcək.

Bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna böhranının həlli üçün Rusiya və Ukraynanın başçıları Vladimir Putin və Vladimir Zelenski ilə görüşlərə hazır olduğunu bildirmişdi. Trampın sözlərinə görə, o, münaqişəni 24 saat ərzində həll etməyə qadirdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA