Rusiya-Gürcüstan arasında birbaşa reyslərə qadağa götürüldükdən sonra Rusiyadan Gürcüstana aviabiletlərə tələbat bir neçə dəfə artıb.

Maraqlıdır ki, bir ildən çoxdur mənasız müharibəyə cəlb edilmiş ölkə vətəndaşlarının Gürcüstana axını başlayıb. Tezadlar.az Rossiya24 TV-yə istinadla bildirir ki,  bu barədə həm də “Ria Novost” onlayn səyahət bronlaşdırma xidmətlərinə istinadən qeyd edib ki, məlum qərardan sonra ilk üç saat ərzində (12-15 may tarixlərində) aviabiletlərə tələbat ötən günlə müqayisədə 3 dəfə, Gürcüstanda mehmanxana axtaranların sayı isə 1.5 dəfə artıb. Bildirilir ki, indi Moskvadan Tbilisiyə uçuşun qiyməti 14 min rubl, Batumiyə isə 25 min rubldan başlayır. Qərarla bağlı xəbərin çıxmasından sonra ilk beş saat ərzində Yandex.Travel xidmətinin istifadəçiləri Gürcüstana aviabiletləri yeddi dəfə çox axtarmağa başlayıblar. Rusların əksəriyyəti yayda Gürcüstana səfər etməkdə maraqlıdır. Yay üçün transferlərlə uçuşların qiyməti ikitərəfli səyahət sənədi üçün 40 min rubldan başlayır. Rusiya mətbuatı yazır ki, sifarişçilər Gürcüstanda mehmanxana bron etməkdə fəallaşıb və Tbilisi səyahət üçün ən populyar şəhərə çevrilib.
Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları üçün vizaları ləğv edib, bundan əlavə, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşları bərpa edilib. Bu qərara qarşı çıxan Gürcüstan prezidentinin dünən Rusiya vətəndaşlarına viza rejimi tətbiqi barədə etdiyi çıxışları isə hakimiyyətdə fikir ayrılıqlarına səbəb olub. Hakim partiyanın sədri isə prezidentin əleyhinə çıxışlar edib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA