Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunun təxirə salınması ilə bağlı bəyanatı Qərb ölkələrinə ünvanlana bilər ki, onlar silah tədarükünü sürətləndirsinlər.

Tezadlar.az xəbər verir ki, bu barədə Kiyev Demokratik Təşəbbüslər Fondunun regional təhlükəsizlik və münaqişələrin tədqiqi şöbəsinin rəhbəri Mariya Zolkina “The New York Times”a bildirib.

Həmçinin, onun sözlərinə görə, Zelenski hücumun “gözlənildiyi kimi uğurlu alınmayacağı” halda, Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı əməliyyatına olan böyük ümidləri azaltmağa çalışır.

Zolkina qeyd edib ki, Kiyev qarşıdan gələn hücumun əhəmiyyətli nəticələrinin olmamasından ehtiyat edir, çünki o zaman Qərb Ukrayna hakimiyyətinə təzyiq göstərə və onları danışıqlar masası arxasına oturmağa məcbur edə bilər.

“Mən bunun informasiya hiyləsi olduğunu istisna etməzdim, çünki Ukrayna öz hazırlıqlarını gizlətməyə çalışır”, - o, həmçinin qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA