Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut və Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə “RBC-Ukraina” “DeepState”ə istinadən məlumat yayıb. Məlumata əsasən, xüsusilə, söhbət Rusiya qoşunlarının üç mövqe itirməsindən gedir. Xəritə məlumatlarına görə, Rusiya Baxmutdan qərbdə və Xromovodan cənubda yerləşən İvanovskinin cənubunda mövqelərini itirib. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Baxmut rayonunda müvəqqəti işğal olunmuş Kleşiyevkanın qərbində yerləşən Stupoçekdən cənub-şərqdə yerləşən mövqedən Rusiya qoşununu darmadağın edib. Beləliklə, aydın olur ki, cəbhənin bu hissəsinə Rusiya qoşunlarının bölmələrinin Ukrayna müdafiəçiləri tərəfindən cinahlardan mühasirəyə alınma riski artır. Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri Spornı (şərqdə) və müvəqqəti işğal olunmuş Soledar (qərbdə) arasında yerləşən Beloqorovka yaxınlığındakı mövqelərdən Rusiya qoşunlarını qovublar.

Müharibə isə davam edir.

Teyyub ƏLİOĞLU

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA