İslamabadın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanı zaminə buraxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb.

Daha əvvəl bildirilib ki, məhkəmə keçmiş baş nazirin “Əl-Qadir” fondunun işi üzrə həbsini etibarsız və qanunsuz elan edib, həmçinin Xanın həbsdən azad edilməsini istəyib.

İmran Xan mayın 9-da ölkənin iqtisadi kəşfiyyat qurumu tərəfindən onu çirkli pulların yuyulmasında və korrupsiyada ittiham edərək saxlanılıb.

Belə ki, keçmiş siyasətçi, müstəntiqlərin fikrincə, başqa dövlətlərin başçılarından 630 min dollardan çox dəyərində hədiyyələr alıb, həmçinin xarici şirkətlərdən milyardlarla rupi ilə ölçülən külli miqdarda pul alıb. Bundan əlavə, Xan arvadının fondu vasitəsilə 60 milyard rupiyi qanuniləşdirə bilib.

Həmçinin, keçmiş baş nazir terrorizmdə və ölkədə iğtişaşların təşkilində şübhəli bilinir.

Xanın həbsi Pakistan şəhərlərində böyük iğtişaşlara səbəb olub. Daha sonra İslamabad məhkəməsi buna baxmayaraq, həbsi qanuni tanıyıb və 8 sutkalıq həbs təyin edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA