Moskvada Rusiya müdafiə nazirinin keçmiş birinci müavini və Hərbi Hava Desant Qüvvələrinin komandanı Aleksandr Kolmakovun həyat yoldaşı oğurlanıb.

Bu barədə “Baza” Telegram kanalı xəbər yayıb.

Məlumata görə, general həyat yoldaşının yoxa çıxmasını mayın 10-da axşam saatlarında aşkar edib. Kolmakov işdən qayıdıb və onu evdə tapmayıb. Sonuncu dəfə səhər görüşüblər və qadın işə gedib. Kolmakov qəribə bir şey hiss etməyib.

Elə həmin axşam naməlum şəxs generala zəng vurub və o, Kolmakovun arvadını qaçırdığını deyib. Geri qaytraması əvəzinə bir milyon rubl  ödəməli olduğu bildirilib. Kolmakov isə polisə müraciət edib.

Kanal qeyd edir ki, adam oğurluğu saxta ola bilər. Ola bilsin ki, bu, telefon fırıldaqçıları ilə bağlıdır.

 TASS-ın məlumatına görə, artıq Kolmakovun arvadı tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cəmi bir sutka ərzində onun yerini müəyyən edə biliblər. Moskva vilayəti ərazisində tapılmış qadının həyati təhlükəsi olmadığı və ailə üzvlərinin yanında olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Əlavə edək ki, oğurlandığı deyilən Tamara Kolmakovanın 62 yaşı var.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA