Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü şərəfinə Özbəkistan Respublikası BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin  (OHCHR)  fonduna könüllü töhfə olaraq 100 min dollar köçürəcək.

Bu barədə ölkə prezidenti Şavkat Mirziyoyevin “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 illiyinin geniş qeyd edilməsi haqqında” 12 may tarixli sərəncamında deyilir.

Sənəddə qeyd edilir ki, qərar “İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin əsas məqsədlərinin praktikada həyata keçirilməsində BMT-nin səylərini dəstəkləmək” məqsədi daşıyır.

Bundan əvvəl Özbəkistan 2021-ci ildə (bu ildən ölkə üç il müddətinə BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçilib), 2018-ci ildə (bəyannamənin 70-ci ildönümü) və və 2008 (bəyannamənin 60 illiyi) OHCHR fonduna 100 000 ABŞ dolları məbləğində könüllü olaraq pul köçürüb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası (UNHRC) Birləşmiş Millətlər Təşkilatının orqanıdır və onun missiyası bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır. BMT-nin ilk təsisçiləri 51 dövlət idi, hazırda 193 dövlətdən ibarətdir.

Dövlətlərin Birləşmiş Millətlər Təşkilatına üzvlüyünə qəbulu Baş Assambleyanın qərarı və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə həyata keçirilir.

Şuranın Baş-qərargahı Birləşmiş Millətlər Təşkilatının İsveçrədəki Cenevrə bölməsində yerləşir.

Şura Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdə insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır - birləşmək və toplaşmaq azadlığı, ifadə azadlığı, inanc və din azadlığı, qadın hüquqları,LGBT hüquqları və irqi və etnik azlıqların hüquqları.

Şura Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 15 mart 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasını (UNCHR) əvəz etmək üçün yaradılmışdır. Şura İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi (OHCHR) ilə sıx əməkdaşlıq edir və Birləşmiş Millətlər Təşkilatının xüsusi prosedurlarını həyata keçirir.

Xatırladaq ki, Azərbaycan dəfələrlə Ermənistan silahlı qüvvələrinin və hökumətinin Qərbi Azərbaycanda, Qarabağda dinc azərbaycanlılara qarşı çoxsaylı cinayət əməlləri ilə bağlı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına müraciət edib...

JASMİN