Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması ilə əlaqədar Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Baltik dənizini “NATO gölü” adlandırıb.

Tezadlar.az xəbər verir ki, Tsahkna “Newsweek”-ə müsahibəsində deyib: “Baltik dənizinin indi “NATO-nun gölü” olması son dərəcə vacibdir.

O qeyd edib ki, bu, strateji baxımdan vəziyyəti dəyişir.

Bundan əvvəl Finlandiyada ABŞ, Böyük Britaniya, İsveç və Norveç də daxil olmaqla ümumilikdə 8 minə yaxın insanın iştirak edəcəyi iki təlim seriyası başlayıb.

E.ŞİRİNOV