Kiyev və Kişinyov Dnestryanı münaqişənin güc yolu ilə həlli mövzusunda spekulyasiya edirlər.

Bu barədə RİA Novosti tanınmamış Dnestryanı Moldova Respublikası (DMR) Dövlət Təhlükəsizlik Nazirliyinin rəhbəri Valeri Gebosa istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukrayna və Moldova Dnestryanı ilə bağlı böhran ssenarisini həyata keçirməkdə davam edir. Hibrid müharibə fonunda Dnestryanı münaqişənin həllində güc tətbiqi ilə bağlı fərziyyələr irəli sürürlər.

Qeyd olunur ki, müasir reallıqlar Dnestryanı Moldova Respublikasının (DMR) təhlükəsizlik orqanlarının fəaliyyətinə təsir edib. Nəticədə, onların işinin intensivliyi artırılıb. Bu gün onlar ekstremizmə, terrorizmə qarşı mübarizə, dövlət sirrinin və dövlət maraqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi və dövlət sərhədinin mühafizəsi ilə məşğuldurlar.

Hələ SSRİ-nin dağılmasından əvvəl Moldovadan ayrılmaq istəyən Dnestryanı bölgənin sakinlərinin 60 faizini hazırda ruslar və ukraynalılar təşkil edir. Bu, millətçilik dalğasında Kişinyovun Rumıniyaya qoşulacağı qorxusundan baş verib. 1992-ci ildə Moldova hakimiyyətinin problemi güc yolu ilə həll etmək uğursuz cəhdindən sonra Dnestryanı Respublikası faktiki olaraq Kişinyovun nəzarətində olmayan əraziyə çevrilib.

E.ŞİRİNOV