Hava hücumundan müdafiə sistemi Klintsıda (Bryansk vilayəti) Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni vurub. Bölgənin qubernatoru Aleksandr Boqomaz bildirib ki, yaşayış binasının eyvanı zədələnib.

"Bu gün Klintsıda Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən Ukraynaya məxsus təyyarə tipli PUA vurulub. İtki yoxdur. Yaşayış binasının eyvanına ziyan dəyib. Hadisə yerində operativ xidmətlər işləyir ", - o, Telegram kanalında yazıb.

E.ŞİRİNOV