Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib ki, Aİ Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarına gəlməsindən təəssüflənir.

“Biz müvafiq qərarları nəzərə almışıq, Rusiyanın hava nəqliyyatına qoyulan qadağaları aradan qaldırmaq qərarından sonra Gürcüstanın Rusiyaya və Rusiyadan reysləri bərpa etmək qərarından təəssüflənirik”, - Rusiya mətbuatı onun sözlərini sitat gətirib.

Onun sözlərinə görə, Gürcüstanın bu addımı ölkənin “Avropa yolu” ilə bağlı qorxuları artırır.

Bundan əvvəl məlum olub ki, Gürcüstanın “Georgian Airways” aviaşirkəti Rusiyaya uçuş icazəsi alıb və mayın 20-dən oraya uçuşlara başlayacaq. Eyni zamanda, mayın 15-də Gürcüstanın Mülki Aviasiya Agentliyi Azimut Hava Yollarına Rusiyadan ölkəyə çarter reysləri həyata keçirməyə icazə verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA