Rusiya və Ukrayna Vatikanın atəşkəsi müzakirə etmək üçün papanın xüsusi elçilərini qəbul etmək təklifi ilə razılaşdılar.

Tezadlar.az xəbər verir ki, bu barədə “İl Sismoqrafo” portalı yazır.

Məqalə müəllifi aydınlaşdırıb ki, Şərq kilsələri üzrə dekasterin prefekti arxiyepiskop Klaudio Qugerotti müvafiq missiya ilə Moskvaya, İtaliya yepiskopları konfransının rəhbəri kardinal Matteo Mariya Zuppi isə Kiyevə göndərilə bilər.

Müşahidəçinin sözlərinə görə, Moskva və Kiyev Papa Fransiskin təklifini qəbul ediblər. Ancaq göndərilmənin dəqiq tarixi hələ məlum deyil.

Təhlilçi təklif etdi ki, Fransiskin aprelin sonunda elan etdiyi Vatikanın missiyası məhz papa nümayəndələrinin göndərilməsi ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA