Fransanın cənubundakı Avinyon şəhərində naməlum şəxslər prezident Emmanuel Makronun Adolf Hitlerin formasında plakatlarını asıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Telekanalın məlumatına görə, şəhərin hər yerində onlarla belə plakat asılıb. Onların hamısı aprelin 3-də Avinyonda görünən küçə rəssamı Lektonun Hitlerinki kimi bığlı Makronu göstərən şəklini əks etdirir. Plakatların altında həmçinin "Xeyr təşəkkürlər" yazısı və 49.3 rəqəmləri qeyd olunub - Fransanın baş naziri Elizabet Bornun parlamentdən yan keçərək pensiya islahatı qanununu qəbul etmək üçün istifadə etdiyi konstitusiyanın maddəsinin nömrəsi.

Faktla bağlı prokurorluq dövlət başçısını “ictimai təhqir” və “qiyama çağırma” maddələri ilə araşdırmalara başlayıb. Qanunu pozanları müvafiq olaraq 12 min avro cərimə və iki ay həbs və 7,5 min avro cərimə gözləyir. Plakatların dərhal yığışdırılması əmri verilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA