Ukrayna qoşunları dünən mayın 18-də əks-hücum əməliyyatları zamanı Baxmut bölgəsində taktiki təşəbbüsü ələ keçirib və taktiki cəhətdən əhəmiyyətli uğurlar əldə ediblər...

Tezadlar.az ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatına istinadla bildirir ki, rusların Baxmutu ələ keçirmək istəkləri arzu olaraq qalıb. İnstitut bəyan edib ki, Ukrayna qüvvələrinin müvafiq əməliyyatları onların bir neçə gündür apardıqları yerli əks-hücumların davamıdır, lakin yeni böyük əməliyyatın başlanğıcı deyil. Analitiklər qeyd ediblər ki, bir neçə rus hərbi müxbiri Ukrayna qüvvələrinin İvanovskoyenin cənub və cənub-qərbində (Baxmutdan 6 km qərbdə) və Kleşeyevkanın şimal-qərbində (Baxmutdan 6 km cənub-qərb) Rusiyanın müdafiə xətlərini yardığını sübut edən sujetlər yayıblar. Hərbi müxbirlər, həmçinin iddia edirlər ki, Rusiya qüvvələri Sakko və Vanzettinin şimalındakı mövqelərdən (Baxmutdan 15 km şimalda) kəndin cənubundakı mövqelərə geri çəkilib, lakin Ukrayna qoşunları hələ də kəndə daxil olmayıb. 

Rusiyanın bölgədəki hərbi komandanlığı da vacib mövqeləri itirdiklərini etiraf ediblər. Rusiya ordusu cəbhənin həmin ərazisində böyük itkilər verib. Bura Ukraynanın xarici ölkələrdən aldığı tankların və digər silahların böyük rol oynadığı aiddir.

Təəssüf ki, müharibəni dayandırmaq hələki mümkünsüz görünür. Rəsmi Kreml üzə düşüb, Ukrayna isə işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA