Ukrayna prezidenti Vladimir Zelenski mayın 20-də şənbə günü axşam G7 sammiti üçün Yaponiyaya gələcək.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi anonim qalmaq istəyən sammit iştirakçılarına istinadən xəbər verir.

Eyni zamanda, Zelenski bazar günü keçiriləcək sammitdə iştirak etməyi planlaşdırır. Xəbərdə deyilir ki, prezidentin iştirakı və çıxışı aktual məsələlərin "müzakirələrinə aktuallıq əlavə edəcək".

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Aleksiy Danilovun sözlərinə görə, ölkə prezidentinin G7 sammitində iştirak edəcəyi məlum olub. Lakin siyasətçi dövlət başçısının gəlişi və çıxış tarixini dəqiqləşdirməyib.

Xirosima şəhərində keçirilən sammitdə G7 ölkələri Ukraynada baş verən hadisələr fonunda Rusiyaya qarşı “vintləri sıxmağı” planlaşdırır.

"Düşünürəm ki, sabah siz Rusiyanı iqtisadi cəhətdən təcrid etmək və onun müharibə aparmaq qabiliyyətinə malik olmaq üçün daha çox addımlar görəcəksiniz", - ABŞ rəsmisi deyib.

E.ŞİRİNOV