Rusiya qoşunlarının tam və qeyd-şərtsiz çıxarılması olmadan tərəflər Ukraynada sülhə nail ola bilməyəcəklər. Bu tələb istənilən sülh təşəbbüsünə daxil edilməlidir.

Tezadlar.az xəbər verir ki, bu söz G7 ölkələrinin birgə bəyanatında yer alıb.

Rusiya davamlı sülhün şərtlərini Ukraynanın neytral və qeyri-nüvə statusunun möhkəmləndirilməsi, əhalinin rusdilli hissəsinin hüquqlarının təmin edilməsi və yeni “ərazi reallıqlarının” tanınması hesab edir.

Qeyd edək ki, G7 Qrupu dünyanın yeddi ən inkişaf etmiş ölkəsini birləşdirən beynəlxalq təşkilatdır: ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya.

Ukrayna Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Aleksey Danilov bir müddət əvvəl prezident Vladimir Zelenskinin Yaponiyada keçiriləcək G7 sammitində iştirak edəcəyini təsdiqləyib.

E.ŞİRİNOV