Martın 28-də yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından atəş açılaraq güllələnən millət vəkili Fazil Mustafanı həmkarı Razi Nurullayev ziyarət edib.

Razi Nurullayev həmkarı ilə fotosunu da sosial şəbəkə hesabında paylaşıb. Fotodan da göründüyü kimi, Fazil bəy xüsusi karset geyinib, lakin sağlığı yerindədir.

Razi bəy də paylaşımında qeyd edib ki, Fazil bəyin vəziyyəti yaxşılaşır və tezliklə yeni bir kitabı da işıq üzü görəcək. O, diqqətə çatdırıb ki, Fazil bəyi ziyarətə partiyadaşları - MCP-ki müavinləri Ehtiram Mehtdyev və Tural İrfanla gediblər. 

razi-fazil-1

Xatırladaq ki, həmin  terror aktı nəticəsində Fazil Mustafa sağ çiyin qurşağından və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdı.

Məlum olduğu kimi, millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçısı və iştirakçılarından dörd nəfər saxlanılıb.

Sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanov olub. Deputata atəş açan isə Şirinov Səbuhi Vəliyəddin oğlu olub. Onlar İran İslam Respublikasının (İİR) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. 

Dəstənin digər üzvləri - Əsgərov Elşad Tofiq oğlu və Əliyarov Emin Rafiq oğlu isə cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstəriblər və dəfələrlə İİR-a səfərlər ediblər.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA