Bu gün Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytarıblar, ruslar qaçmağa üz tutub...

"Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində belə danışıb. Sitat: "Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub", - Çerevatı bildirib. Çerevatı qeyd edib ki, Baxmut Rusiya hərbçiləri  üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA