Ukrayna prezidenti Vladimir Zelenski Braziliya lideri Luiz İnasio Lula da Silva ilə görüş üçün təyin olunmuş vaxtda gəlməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Braziliya prezidenti Xirosimada keçirdiyi mətbuat konfransında bildirib.

Lula da Silva Ukrayna prezidenti ilə görüşməyə hazır olduğunu, lakin təyin olunmuş vaxtda “Zelenskinin gəlmədiyini” bildirib.

"Bəlkə onun daha vacib görüşü olub. Bilmirəm, amma fakt faktlığında qalır: 15:15-də (Mayın 21-i Bakı vaxtı ilə saat 10:15-də) onunla məhz bu zalda görüşümüz var idi", - Braziliya prezidenti izah edib.

Lula da Silvanın sözlərinə görə, baş verənlər onu əsəbiləşdirməsə də, narazı qalıb.

Braziliya prezidenti həmçinin vurğulayıb ki, Zelenskinin “Yeddilik” (G7) sammitinin genişləndirilmiş iclasındakı çıxışı onun Ukraynadakı vəziyyətlə bağlı mövqeyini dəyişməyib.

Bundan əvvəl Lula da Silva bəyan etmişdi ki, Rusiya bütün dünyada uzunmüddətli sülhün təminatçısıdır. O, artıq Moskva ilə Kiyev arasında dialoq imkanı yaratmaq üçün yeni beynəlxalq formatın hazırlanması təşəbbüsü ilə çıxış edib. Braziliya lideri onu da bildirib ki, lazım gələrsə, Rusiya və Ukrayna prezidentləri arasında birbaşa danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA