ABŞ prezidenti Co Bayden iyulun əvvəlində Finlandiyaya səfər etmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, məlumatı yerli “İltalehti” nəşri xarici siyasət sahəsindəki mənbələrə istinadən yayıb.

Məlum olduğu kimi, yayda respublikada şimal ölkələri və ABŞ-ın sammiti keçiriləcək. Məhz bu tədbirdə Ağ Evin hazırkı sahibi iştirak etməyi planlaşdırır.

Eyni zamanda, jurnalistlər dövlət başçısının Skandinaviya ölkəsinə səfərini tarixi adlandırıblar. FAN hesab edir ki, qarşıdan gələn səfər Amerika liderinin Helsinkiyə ilk səfəri olacaq, Vaşinqton və Moskva arasındakı münasibətlərlə heç bir əlaqəsi yoxdur.

İlkin məlumatlara görə, dövlət başçısı iyulun 8-dən 9-dək Finlandiyada olacaq. Lakin hələlik heç bir rəsmi təsdiq alınmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA